Yeni Məhsul

Aircomfort yastıq

AZN 85,00

Müqaisə et
Kateqoriya

Visco AirComfort Yastığı

Yuxu zamanı təmasda olduğunuz bütün materiallar yuxu keyfiyyətinizi dəstəkləyir. İndi isə məhz yastığınızda oksigenlə təmasda olan və nəfəs alan canlı bir toxuma təsəvvür edin. Bu toxuma sizin nəfəsinizi asanlaşdıraraq təravətli yuxu təmin edəcək.

Yüksək hava dolaşımı

Visco AirComfort üçün xüsusi olaraq dizayn edilmiş köpük strukturu maksimum komfort təmin edir. Beləliklə, adi yastıq istifadəsi ilə müqayisədə yuxu zamanı 5 dəfə daha çox hava dolaşımı təmin edilir və nəm və temperatur nisbəti mükəmməl şəkildə balanslaşdırılır.

Onurğa ilə uyğunlaşma

Visco Aircomfort yastığı, ergonomik xüsusiyyətləri və ortopedik köpüyü (süngər) sayəsində bütün yuxu pozisiyalarında boyun onurğasına uyğun gəlir. Bu yolla bədəniniz optimal səviyyədə rahatlayacaq.

Bütün yuxu pozisiyaları üçün

Visco Aircomfort yastığı, sizin üçün ən rahat olan yuxu pozisiyasına uyğunlaşaraq hər vəziyyətdə keyfiyyətli yuxu təmin edir. Xüsusi strukturu və komponentləri ilə başınızın formasına mükəmməl uyğunlaşma göstərir.

Aircomfort yastığı, yanlış yuxu mövqeyindən qaynaqlanan nəfəs problemlərinin qarşısını alır və sizi təravətli, yeni bir günə hazırlaşdırır.

Ölçülər 60 × 40 × 15 sm