15 ilə yaxındır ki, sağlam yuxu bəxş edirik!

VIVA Matras şirkəti Azərbaycan-Türkiyə ortaq müəssisəsi olaraq, 2010-cu ildən bəri Azərbaycan bazarında matras satışı sahəsində fəaliyyət göstərir. 15 ilə yaxındır ki, müştərilərimizin rahat və sağlam yuxu təcrübəsi yaşamasına nail olmuşuq. İndi isə sağlam yuxunun əhəmiyyətini daha böyük kütlələrə çatdırmağı və onlara kəsintisiz yuxu təcrübəsini yaşatmağı planlayırıq.

VIVA matrasları müxtəlif sərtlikdə, hündürlükdə, yay sistemləri ilə, fərqli xüsusiyyət ilə müştərilərə təqdim olunur. Müasir üslubları nəzərə alaraq hazırladığımız çarpayılar, həmçinin ortopedik yastıq və yorğan modelləri də müştərilərin yuxu təcrübəsinə müsbət dəyər qatmaq üçün nəzərdə tutulub.  

Bizim əsas missiyamız, müştərilərimizin yuxu keyfiyyətini artırmaq və onlara sağlam həyat tərzi təmin etməkdir. VIVA olaraq, yeniliklərə açıq olmaq və müştərilərimizin ehtiyaclarını qarşılayan müasir həllər təqdim etmək dəyərlərimiz arasında yer alır. Keyfiyyət, müştəri məmnuniyyəti və ekoloji məsuliyyət prinsiplərimizə sadiq qalaraq, bazarda etibarlı bir marka olmağa çalışırıq.

Bütün izləyicilərimizi isə “Viva ilə daha yaxşı sabahlara!” deyərək, sağlam və kəsintisiz yuxunu dadmağa çağırırıq!



Biz təklif edirik

Sertifikatlar

VIVA Mattress olaraq, müştərilərimizin rahat və sağlam yuxu təcrübəsi yaşaması üçün matraslarımızın yüksək standartlara uyğunluğunu təmin edirik. Matraslarımız beynəlxalq standartlara uyğunluq, ortopediklik və gigiyeniklik üzrə üç əsas sertifikata sahibdir. Bu sertifikatlar məhsullarımızın təhlükəsiz, etibarlı və sağlam olduğunu bir daha təsdiqləyir.

  • Standartlara Uyğunluq: Matraslarımız beynəlxalq standartlara uyğun olaraq sertifikatlaşdırılmışdır ki, bu da onların ən yüksək keyfiyyət və təhlükəsizlik tələblərinə cavab verdiyini göstərir.
  • Ortopediklik: Ortopediklik sertifikatımız, matraslarımızın onurğa sağlamlığını dəstəkləyən və bədən formasına uyğunlaşan dizaynlarla təmin edildiyini sübut edir.
  • Gigiyeniklik: Gigiyeniklik sertifikatlarımız isə matraslarımızın gigiyenik qaydalara riayət olunaraq hazırlandığını, allergiyaya səbəb olmamasını və allergik reaksiyalara meyilli olan müştərilərimiz üçün ideal yuxu mühiti yaratdığını təsdiq edir.