Məhsulların seçimi və çatdırılma/zəmanət ilə bağlı suallar

Müştərilərimizin tez-tez ünvanladığı bu suallar və onlara verilən cavablarla siz də öz suallarınıza cavab tapa bilərsiniz.

SUAL Matras seçərkən nələrə diqqət etmək lazımdır?
CAVAB

Matras seçərkən bir çox məqam nəzərə alınmalıdır. Bunlara matrasda yatacaq şəxsin çəkisi, yaşı, sağlamlıq vəziyyəti, cütlüklər arasındakı çəki fərqi və s. kimi faktorlar daxildir.

SUAL Necə sifariş etmək olar?
CAVAB

Sifariş üçün məhsulu səbətə əlavə edib, formu doldurmaq, sosial media hesablaırmıza yazmaq və ya əlaqə nömrələrimizlə əlaqə saxlamaq kifayətdir.

SUAL Qeyri-standart ölçülərdə matras və ya çarpayı sifariş etmək mümkündür?
CAVAB

Bəli, biz həm qeyri-standart ölçüdə, həm də formada matras və çarpayıların hazırlanmasını həyata keçiririk. Buyurub, sifarişlərinizi edə bilərsiniz.

SUAL Matras uyğun olmadıqda nə etmək lazımdır?
CAVAB

Döşək satın alındıqdan sonra 14 gün ərzində onu aşağıdakı şərtlərlə geri qaytarmaq olar:

  • Yalnız istifadə olunmamış;
  • Ölçüləri standart olanlardan fərqlənməmiş;
  • Orjinal ambalajında qalmış;
  • Və bütün lazımı etiketlər və yazılara sahib olmalıdır. 




SUAL Çatdırılma neçə gün ərzində olur?
CAVAB

Bu müddət sifariş etdiyiniz məhsula əsasən dəyişir. Bir neçə saatdan 3-5 iş gününə qədər çatdırılma həyata keçirilir.

SUAL Çatdırılma ödənişsizdir?
CAVAB

Bəli, çarpayı və matraslarımız üçün çatdırılma xidmətimiz mövcuddur. Bakı şəhər daxili və Xırdalan, Sumqayıt şəhərlərinə çatdırılma ödənişsizdir.

SUAL Matras seçimində çətinlik çəkdikdə nə etmək lazımdır?
CAVAB

Matras seçən müştərilərimizə ilkin tövsiyəmiz matrasları mütləq ünvanlarımızda canlı şəkildə özlərinin yoxlamaqlarıdır: oturaraq, uzanaraq, toxunaraq.

Bu zaman siz matrasla bağlı daha düzgün fikirlərə yiyələcək, daha sonra onun görünüşü, sərtlik dərəcəsi və s. ilə bağlı problem yaşamayacaqsınız.

Həmçinin, seçimdə çətinlik çəkirsinizsə,  əlbəttə ki, mütəxəssislərimizin yardımından yararlana bilərsiniz.

SUAL Zəmanət hansı halda keçərlidir?
CAVAB
Zəmanət aşağıdakı hallarda etibarlıdır:
 
  • Zəmanət talonunda göstərilən müddət ərzində;
  • İstifadəsi göstərilən qaydalara uyğun olaraq aparılarsa;
  • Matras mexaniki zədələnməsə;
  • Matrasın üzərində kir izləri olmasa;
  • Bütün etiketləri və adını, növünü, çəkisini, qiymətini göstərən kağız saxlanılarsa;
  • Zəmanət talonunun özü qorunub saxlanılarsa;
  • İddianın hər-hansı məntiqi açıqlaması varsa.